Venesuela neft məhsulları daşıyan tankerlərin müşayiəti üçün hərbi gəmilərini dənizə çıxarıb.
Tribuna.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Venesuela hökumətinin bu qərarı ABŞ-la mümkün qarşıdurma riskini artırır.
Nəşrin üç mənbəsinin bildirdiyinə görə, çərşənbə axşamı axşam saatlarından çərşənbə səhərinə qədər ölkənin şərq sahillərindən bir neçə gəmi hərbi-dəniz qüvvələrinin müşayiəti ilə dənizə açılıb.









