Trampdan Əliyevə və Paşinyana MÜHÜM mesaj: Seçkilərdən sonra…

Trampdan Əliyevə və Paşinyana MÜHÜM mesaj: Seçkilərdən sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ lideri Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktubunda Bakı ilə İrəvan arasında iyunda sülh danışıqlarının davamını səbirsizliklə gözlədiyini vurğulayıb.
Tribuna.az-a bu anonsu şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Ağ Ev lideri 7 iyundan sonranı nəzərdə tutub. Ekspertin sözlərinə görə, Tramp seçkilərdə Paşinyanı dəstəkləyib və yola onunla davam edəcək: “Ona görə də 7 iyun seçkilərindən sonra sülh danışıqlarında dinamikaya işarə vurub. Görünür ki, seçkilərdən sonra Bakı ilə İrəvan təmaslarında hərəkətlilik olacaq”.

Ekspert hesab edir ki, Paşinyan referendum anonsu verib və tezliklə yeni konstitusiya qəbul olunacaq: “Bununla da yekun sülh sənədi imzalanacaq. Bu gedişlə tarixi sənəd də Vaşinqtonda Trampın iştirakı ilə baş tutacaq”.

 

Həsən Ağa