Tramp Zelinskidən nə tələb edib?

Tramp Zelinskidən nə tələb edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün təklif etdiyi planla bağlı müzakirələr artıq başa çatmaqdadır.

Tribuna.az xəbər verir ki, Qərb mənbələri planın fiaskoya uğrayacağını düşünürlər.

Buna səbəb ABŞ-ın Ukraynadan bəzi şərtlərin yerinə yetirməsini tələb etməsidir. Məsələn, “Axios” saytı yazıb ki, ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelinskidən Donbası dərhal ruslara təhvil verilməsini tələb edib. Hətta bunun reallaşması üçün Kiyevə təzyiqləri də artırıb ki, bəlkə nəticə əldə etsin.

“Vaşinqton Post” isə bu barədə yazıb ki, Ağ Evin təklifləri Trampın sülh xəyallarının tamamilə sıradan çıxmasına səbəb ola bilər. Nəşr həmin təkliflərin Ukrayna tərəfindən qəbul edilməsini qeyri-mümkün sayır.

Fərda Uğur