Tramp: “Venesuela üzərində hava sahəsi tamamilə bağlanmalıdır”

Tramp: “Venesuela üzərində hava sahəsi tamamilə bağlanmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Venesuela ilə bağlı sərt açıqlama verib. 

Tribuna.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Tramp bildirib ki, “Venesuelanın üzərində və ətrafındakı hava sahəsi tamamilə bağlanmalıdır”. Onun sözlərinə görə, bu tədbir bölgədə təhlükəsizliyin təmin olunması baxımından vacibdir.

Açıqlamadan sonra Venesuela hökuməti məsələ ilə bağlı rəsmi mövqe yayıb.

Karakas administrasiyası Trampın sözlərini “kolonialist təhdid” kimi qiymətləndirib və bu fikirlərin ölkənin suverenliyinə qarşı yönəldiyini bildirib. Rəsmi bəyanatda qeyd olunub ki, ABŞ tərəfindən səslənən bu kimi çağırışlar “qeyri-qanuni və təcavüzkar bəyanat” hesab olunur.