NATO-nun Ankara Zirvə Toplantısında ABŞ Prezidenti Donald Tramp və Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilən birgə mətbuat konfransında tarixi hadisələr yaşanıb.
Tribuna.az xəbər verir ki, Tramp Türkiyəyə qarşı CAATSA sanksiyalarının ləğvini elan edib. Qərar elan edildiyi anda Prezident Ərdoğan şəhadət barmağını Trampa tuşlayaraq “təsdiq” işarəsi verib.
Ərdoğanın bu diqqətçəkən reaksiyası sürətlə yayıldı və sosial media platformalarında günün ən çox izlənilən və müzakirə olunan anlarından birinə çevrildi.









