Tramp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik”

Tramp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp İranın nüvə sentrifuqalarını köçürüb-köçürməməsi ilə bağlı sualı cavablandırarkən Vaşinqtonun sərt addımlar atacağını bəyan edib.

Tribuna.az xəbər verir ki, jurnalistin İrandakı nüvə obyektlərinin vəziyyəti ilə bağlı sualına cavab verən Ağ Ev rəhbəri heç kimin gözləmədiyi qətiyyətli bəyanatla çıxış edib:

“Biz nüvə materialının yerdəyişməsini izləyirik. Məhz orada indi əsas hadisələr cərəyan edir və biz yüksək ehtimalla həmin rayona çox yaxın vaxtda zərbə endirəcəyik”.

Tramp İranın cavab tədbirləri görmək imkanlarının demək olar ki, qalmadığını vurğulayıb: “Onlar bununla bağlı az şey edə bilərlər. Adətən mən belə şeylər danışmaram. Əgər onların nəsə edə biləcəyini düşünsəydim, bunu heç vaxt deməzdim. Lakin biz ən yaxın vaxtda həmin rayona zərbə endirəcəyik”.