Tramp Pəhləvinin üstündən xətt çəkdi

Tramp Pəhləvinin üstündən xətt çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxı keçməmiş “bərəkallah” deyən İranın keçmiş şahının oğlu Rza Pəhləvi yenidən özünü ölkəsinin lideri kimi təqdim etməyə çalışıb.

Tribuna.az xəbər verir ki, dünən o, İranda yaşayan müxtəlif etnik qruplarına müraciət edib.

Pəhləvi söz verib ki, İslam Respublikasının dağılmasından sonra onlara qarşı ayrı-seçkiliyin olmaması üçün əlindən gələni edəcək.

Lakin bu gün məlum olub ki, ABŞ Rza Pəhləvinin İrana rəhbərlik etməsinə qarşıdır. Belə ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı fikirlərini açıqlayıb. “İranın ali rəhbəri Xameneyinin ölümündən sonra Vaşinqton İran müxalifətçisi Rza Pəhləvinin ölkənin gələcək lideri kimi namizədliyini ciddi şəkildə nəzərdən keçirməyib. Bəzi insanlar Pəhləvini sevir, amma biz bu barədə həqiqətən düşünməmişik. Düşünürəm ki, İranın daxilindən birinin hakimiyyətə gəlməsi daha məqsədəuyğun olardı”.

O, üstünlük verilən ssenarinin İranın “daxilindən” bir fiqurun ortaya çıxması olacağını bildirib. Ağ Ev rəhbəri “ən pis ssenarinin əvvəlki kimi pis bir insanın hakimiyyətə gəlməsi olduğunu” vurğulayaraq, İranın “ölkəni xalqa qaytaracaq” bir liderə ehtiyacı olduğunu bildirib.

Fərda Uğur