Tramp “müharibə bitir”, nazir “bu, başlanğıcdır” deyir: Ağ Evdə ziddiyyət

Tramp “müharibə bitir”, nazir “bu, başlanğıcdır” deyir: Ağ Evdə ziddiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ABŞ prezidenti Donald Tramp İranla müharibə ilə bağlı geniş açıqlama verib. Tribuna.az xəbər verir ki, o, İranla müharibənin bitdiyini bəyan edib.

Tramp deyib ki, 4-5 həftə nəzərədə tutulmuş savaşın əsas hissəsi başa çatıb. Onun sözlərinə görə, İranın nə donanması, nə rabitə sistemi, nə də hərbi gücü qalmayıb. ABŞ prezidenti bununla yanaşı hərbi əməliyyatların nəticəli olması üçün cəhd edəcəklərini də deyib.

Lakin Ağ Evdən eyni gündə ziddiyyətli xəbər gəlib. Belə ki, ABŞ-ın hücum naziri Pit Heqset bəyan edib ki, İrana hazırkı hücumlar başlanğıcdır. “Onlar Tehranın mərkəzi meydanında silahlarını təhvil verənə qədər vurulacaqlar”.

Qeyd edək ki, bu hal Ağ Evdə İranla müharibə məsələsində ziddiyyətin olmasını deməyə əsas verir. Bunu prezidenti başqa, nazirin bir başqa fikir səsləndirməsi də təsdiqləyir. Bu fikir ayrılığının nədən qaynaqlandığı isə hələlik məlum deyil.

Fərda Uğur