Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın dəvəti ilə 19 iyulda Dünya Kubokunun finalına qatılacaq.
Tribuna.az xəbər verir ki, məlumatı “Milenio” qəzeti dövlət başçısının bəyanatına istinadən yayıb.
Qəzet Şeynbaumdan sitat gətirərək yazıb: “Bəli, bazar günü keçiriləcək Dünya Kuboku finalına qatılmaq üçün Prezident Trampdan dəvət aldım. Mən qatılmaq qərarına gəldim, çünki bu, birbaşa ABŞ Prezidentindən dəvətdir”.
Dövlət başçısı həmçinin Kanadanın Baş naziri Mark Karninin də finala qatılacağını qeyd edib.
Dünya Kuboku finalı 19 iyulda Nyu-Yorkda keçiriləcək. İspaniya və Argentina kubok uğrunda həlledici matçda üz-üzə gələcəklər









