Tramp İranla bağlı gözləmə mövqeyinə keçdi

Tramp İranla bağlı gözləmə mövqeyinə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp İrana qarşı gözləmə mövqeyinə qayıdıb.

Tribuna.az  xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) qəzeti adları çəkilməyən ABŞ administrasiyasının rəsmilərinə istinadən yayıb.

Bildirilir ki, “tammiqyaslı müharibəni davam etdirmək istəməyən və diplomatik danışıqlardan ehtiyat edən Tramp, maliyyə sanksiyalarına və ABŞ-ın İranın dəniz limanlarını blokadasına iqtisadi ziyan vurmaq üçün daha çox vaxt verəcək gözləmə mövqeyini qəbul edir”.

Nəşrin yazdığına görə, bu taktika ABŞ prezidentinin köməkçiləri tərəfindən fəal şəkildə təbliğ olunub.

Lakin bəzi ekspertlər İranın belə bir taktikaya qarşı mübarizə apara biləcəyini qeyd edirlər.

“ABŞ-ın İranı blokada etməsi onsuz da ağır olan iqtisadi vəziyyəti daha da pisləşdirə bilərmi? Əlbəttə ki, buna görə heç kim İranın boş oturacağını gözləməməlidir. O, mübarizə aparacaq”, – deyə nəşr əvvəllər ABŞ administrasiyasında və kəşfiyyat orqanlarında, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərdə çalışmış Erik Bruerdən sitat gətirir.

“İran sübut edib ki, ABŞ-dan daha ağrılı zərbələr imkanına malikdir. Bunun dəyişəcəyini göstərən heç nə görmürəm. ABŞ-ın yaxşı variantları yoxdur, yalnız pis variantları var”.