Tramp: “İranı Venesuelanın aqibəti gözləyir”

Tramp: “İranı Venesuelanın aqibəti gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp İran haqqında yenə danışıb.

Tribuna.az xəbər verir ki, bu dəfə o, Tehranın Karakasdakı hadisələrin oxşarını  yaşayacağını iddia edib.

O deyib: “İranda Venesueladakı kimi hadisə baş verəcək”.

Tramp qeyd edib ki, İrana qalib gəlmək lazımdır. “Biz də bunu edirik. Bu gün İran bizdən israrla xahiş edir ki, blokada olmasın”.

ABŞ rəhbəri bununla da kifayətlənməyib. O, İranın dondurulmuş vəsaitlərinin aqibətinə də aydınlıq gətirib. “Biz İranın dondurulmuş pullarından dəymiş zərərin qarşılanması üçün istifadə edəcəyik”.

Tramp yekunda bildirib ki, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırdır. “Mən vasitəçilərin İranla danışıqlar aparmaq üçün fürsət vermək xahişinə cavab verdim. Danışıqlara çox vaxt sərf etməyəcəyəm”.

Fərda Uğur