Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib

Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla razılaşma əldə olunsa, “Epik qəzəb” əməliyyatı sona çatacaq.

Tribuna.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“İran razılaşdırılanları yerinə yetirməyi qəbul etsə – bu, bəlkə də böyük bir fərziyyədir – əfsanəvi “Epik qəzəb” əməliyyatı sona çatacaq”, – Tramp bildirib.

O qeyd edib ki, həmçinin, Hörmüz boğazının blokadası da başa çatacaq və boğaz İran da daxil olmaqla, hər kəsin üzünə açıq olacaq.

“Razılaşmasalar, təəssüf ki, keçmişdəkindən daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”, – ABŞ Prezidenti əlavə edib.