Tramp İrana hücum tarixini açıqladı

Tramp İrana hücum tarixini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp dünən İranla bağlı daha bir açıqlama ilə çıxış edib.

Tribuna.az xəbər verir ki, o, Körfəz ölkələrinin xahişi ilə İrana hücumu 2-3 gün təxirə saldıqlarını deyib.

Tramp bildirib ki, ABŞ üçün əsas şərt İranın nüvə silahından tam imtina etməsidir. “Əgər ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri mümkün razılaşma şərtlərindən razı qalsa, Vaşinqton da diplomatik həllə müsbət yanaşacaq”.

O daha sonra qeyd edib ki, İrana zərbə endirə bilərlər. “İrana yenidən zərbə endirməli ola bilərik. Amma hələlik əmin deyiləm”.

Bu əsnada İsrail tərəfinin ABŞ-ın iştirakı olmadan İrana hücum üçün hazırlıqlara başladığı bildirilir. Təl Əvibin Hərbi Hava Qüvvələri dünəndən yüksək hazırlıq vəziyyətinə gətirilib.

Tribuna.az onu da bildirir ki, bəzi Amerika rəsmiləri hesab edir ki, Trampın hücumu təxirə salması aldatma əməliyyatı ola bilər.

Fərda Uğur