ABŞ və İran arasında müharibənin yenidən baş verməsi ehtimal getdikcə artır. Tribuna.az xəbər verir ki, artıq Vaşinqton “səbr kasası”nın daşdığını dilə gətirməyə başlayıb.
Ötən gün prezidenti Donald Tramp açıq tezislə bildirib ki, İran onları ələ salır. “Onlar özləri üçün əla olacaq bir razılaşmanı müzakirə etmək üçün vaxtı çox uzadıblar. İndi isə bunun bədəlini ödəməli olacaqlar!”.
O qeyd edib ki, tezliklə İranda elektrik stansiyalarına və körpülərə hücum əmri verə bilər. “Biz dünən onlara ağır zərbə vurduq və bu gün də onlara yenidən ağır zərbə vuracağıq. Görək sazişlə bağlı nə baş verir. Biz sazişə həqiqətən çox yaxın idik. Amma onlar bizi ləngitməyə, axmaq yerinə qoymağa davam edirlər”.
Qeyd edək ki, İran artıq iki gündür ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında mütəmadi raket zərbələri endirir. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf isə bəyan edib ki, “Hər hansı bir təcavüzə gecikmədən cavab verəcəyik və döyüş davam edəcək”.
Fərda Uğur









