ABŞ Prezidenti Donald Tramp ticarət gəmilərinə, yüklərə və ya əlaqəli əmlaka dəyən hər hansı bir zərərin dondurulmuş və ABŞ-ın nəzarəti altında olan İran aktivləri hesabına ödəniləcəyini açıqlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
“Bu elan bundan sonra və növbəti xəbərdarlığa qədər gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər şeyə dəyən hər hansı bir zərərin ABŞ-ın nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcəyinə dair bildirişdir”, – o qeyd edib.









