“Bu, tarixin ən yaxşı razılaşması olardı. Onlar təslim olmaq üçün ağ bayraq qaldıra bilərdilər. Onlar “biz təslim oluruq” deyə bilərdilər”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox”a müsahibəsində danışıb.
ABŞ ən böyük gücdür, Allaha həmd olsun. Onlar bunu uca səslə və aydın şəkildə deyə bilərdilər”, – Tramp vurğulayıb
Tramp daha sonra İranın Xarq adası haqqında danışıb.
“Biz onlarla danışırıq. Mən həmişə Xarq adasını ələ keçirmək variantına üstünlük vermişəm. Amma bilmirəm Amerika bunu qəbul edə bilər, ya yox”, – ABŞ lideri bildirib.
Onun sözlərinə görə, İran xalqı ABŞ-ı orada görməyə sevinərdi.
Tramp İranın razılaşma əldə etmək üçün yalvardığını və eyni zamanda ABŞ tərəfindən məhv edildiyini qeyd edib.
Xatırladaq ki, Tramp bundan əvvəl gələcəkdə İranın Xarq adasını ələ keçirəcəklərini bəyan edib.









