Tramp 48 səfiri geri çağırır

Tramp 48 səfiri geri çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın administrasiyası Afrika, Asiya, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 Amerika səfirini geri çağırmaq qərarına gəlib.

Tribuna.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Kadr qərarlarının səbəbləri rəsmi olaraq açıqlanmayıb. Lakin qeyd olunur ki, rotasiya edilən diplomatlar Xarici İşlər Nazirliyinin üzvləri statuslarını qoruyub saxlayacaqlar. Vaşinqtona qayıtdıqdan sonra onlara yeni təyinatlar təklif olunacağı planlaşdırılır.

Mənbə vurğulayıb ki, bu cür addımlar istənilən yeni administrasiya üçün standart təcrübədir. Onun sözlərinə görə, səfirlər prezidentin şəxsi nümayəndələri kimi çıxış edirlər və dövlət başçısının xaricdə “Amerika Birinci” siyasətini bölüşən və təbliğ edən diplomatlar tərəfindən təmsil olunmaq hüququ var.

Əvvəllər Tramp administrasiyasının yüksək vəzifələrdə çalışan təxminən 30 diplomatı geri çağırmaq qərarına gəldiyi bildirilirdi. Onlara yanvar ayında işdən çıxarılmaları barədə bildiriş göndərilib.