“Torqovı”da yaşayış binası YANIR – VİDEO

“Torqovı”da yaşayış binası YANIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat XidmətindənTribuna.aza bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

11:49

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində “Torqovı” ərazisində binada yanğın başlayıb.

Bu barədə Tribuna.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sənan Məmmədli