“Torpaq satılmır!” – Ukrayna BMT-də “qırmızı cizgiləri”ni açıqladı

“Torpaq satılmır!” – Ukrayna BMT-də “qırmızı cizgiləri”ni açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Amerika tərəfindən aldığı “sülh planı” üzərində konstruktiv şəkildə işləməyə hazırdır, lakin Ukrayna ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı aydın və sarsılmaz “qırmızı cizgilər” müəyyən edib.

Tribuna xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Kristina Qayovişin BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən bəri Ukrayna müharibəyə son qoymağa yönəlmiş təklifləri dəstəkləyib və ABŞ, Avropa və dünyanın hər yerindən olan tərəfdaşlarla əməkdaşlığa açıqdır.

Qayovişin əlavə edib ki, sülhə nail olmaq istəyi tammiqyaslı müharibənin ilk günlərindən bəri Ukraynanın mövqeyi olub, lakin Rusiyanın hər bir raket zərbəsi Rusiyanın dialoqdan daha çox eskalasiyanı seçdiyinin sübutudur.

Diplomat həmçinin Ukraynanın əsas “qırmızı cizgiləri”ni də qeyd edib: “Birincisi, Ukrayna müharibəyə son qoymaq üçün konstruktiv danışıqlara, o cümlədən rəhbərlik səviyyəsində danışıqlara hazır olsa da, “qırmızı cizgilərimiz” aydın və dəyişməzdir. Biz heç vaxt – nə rəsmi, nə də başqa şəkildə – Rusiya Federasiyası tərəfindən müvəqqəti olaraq işğal edilmiş Ukrayna ərazisini Rusiya ərazisi kimi tanımayacağıq”.

Qayovişin əlavə edib ki, “Ukrayna torpağı satılmır və buna görə də dövlətimiz özünümüdafiə hüququna və ya Ukrayna Silahlı Qüvvələrinin sayına və imkanlarına heç bir məhdudiyyət qoymayacaq”: “Həmçinin, suverenliyimizin, o cümlədən qoşulmaq istədiyimiz ittifaqları seçmək suveren hüququmuzun hər hansı bir şəkildə pozulmasına dözməyəcəyik. Hər hansı bir həqiqi sülh prosesi bu fundamental prinsipi dəstəkləməlidir: Ukraynasız Ukrayna haqqında heç nə, Avropasız Avropa haqqında heç nə. Və eyni dərəcədə aydın deyim: Rusiya təcavüzünün kökündə duran soyqırım motivini kimliyimizi, xüsusən də dilimizi sarsıtmaqla mükafatlandırmayacağıq”.

O həmçinin qeyd edib ki, sülh üçün Ukraynaya həm maliyyə, həm də hərbi yardımın artırılması vacibdir: “Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi eskalasiya deyil – bu, Rusiyanı beynəlxalq sülhməramlı səylərdə konstruktiv şəkildə iştirak etməyə məcbur etməyin yeganə yoludur”.

Qayovışın vurğulayıb ki, Putin rejimi təzyiq tətbiq olunmayana qədər dayanmayacaq.