Bir zamanlar “Ermənistanın ərazilərini böyütməyi hədəfləyirik. Gəncəyə qədər gedəcəyik” deyən Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan indi “sülh göyərçini” kimi çıxış edir.
Tribuna.az xəbər verir ki, o, indiki şəraitdə Azərbaycanla müharibə etməyin mənasız olduğunu bildirib.
Keçmiş nazir qeyd edib ki, Azərbaycan və Ermənistan sərhədlərini demarkasiya etməlidir. “Ermənistan və Azərbaycanın sülh şəraitində yaşayacağına dair qərar qəbul edilərsə, sərhədlərin demarkasiyası zəruridir”.
Fərda Uğur









