Əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımova (Nurani) komadan ayılıb.
Tribuna.az xəbər verir ki, bu barədə Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial media hesabında məlumat yayıb.
O bildirib ki, jurnalist komadan ayılsa da, vəziyyəti ağır olaraq qalır: “Dualarınız qəbul olundu. Tofiqəxanım komadan çıxdı. Şükürlər olsun! Vəziyyəti ağır olaraq qalır. Lakin bu, hamımız üçün çoxdan gözlənilən ümiddir”.
Qeyd edək ki, ötən gün əməkdar jurnalistin komada olması ilə bağlı məlumat yayılmışdı.









