“The National Interest”: “Azərbaycan İranla müharibədən ustalıqla yayınıb”

“The National Interest”: “Azərbaycan İranla müharibədən ustalıqla yayınıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da fəaliyyət göstərən “The National Interest” saytı Azərbaycan-İran münasibətləri ilə bağlı maraqlı yazı dərc edib.

Tribuna.az xəbər verir ki, mövzu İran tərəfindən Naxçıvana PUA hücumu və bunun müharibəyə çevrilmək ehtimalı ilə bağlıdır.

Sayt yazıb ki, Naxçıvan olayından sonra münaqişənin Qafqaza keçəcəyi ehtimalı ciddi olub. “Bu qorxu əsassız deyildi. Çünki İran dronları Azərbaycan ərazisinə daxil olub zərbə endirmişdi”.

Nəşr qeydd edir ki, adətən belə hallar müharibəyə səbəb olur. Lakin Azərbaycanın fərqli yol tutması, münaqişənin qızışmasına imkan verməyib. “Belə hadisələr adətən müharibəyə aparır.  Amma bu dəfə olmadı. Çünki Bakı gərginliyi azaltmaq üçün humanitar yardım göndərdi”.

Fərda Uğur