Tez xarab olan mallarla bağlı yeni qaydalar

Tez xarab olan mallarla bağlı yeni qaydalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Tribuna.az  bildirir ki, layihəyə əsasən, barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 3 (üç) iş günü müddətinə dayandırılacaq.

Sənəddə qeyd olunur ki, müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda göstərilən müddət daha 3 (üç) iş gününədək uzadılacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.