“Bu, şou atəşkəsidir və gəlin xalqı bunun sülh olduğuna inandırmayaq. Kimsə Azərbaycanın vədlərinə etibar edirmi?”
Tribuna.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” Partiyasının sədri Andfranik Tevanyan deyib.
O qeyd edib ki, zəmanətli və sabit sülh üçün öz gücünə güvənmək, qarşılıqlı etibarlı müttəfiqlərə sahib olmaq və balanslı xarici siyasət yürütmək lazımdır.
Tevanyan Azərbaycanla sülh prosesi üçün bir neçə addımın atılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən bir xəritə və hüquqi əsasla ağlabatan müddət ərzində demarkasiyası və nişanlanması həyata keçirilməlidir. Bunun ardından isə Bakıda həbsdə olan erməniləri qeyd-şərtsiz geri qaytarılmasına nail olmaq lazımdır. “Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun beynəlxalq təhlükəsizlik zəmanətləri və beynəlxalq tərəfdaşların iştirakı ilə təmin edilməlidir. Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi zaminlər institutu tətbiq olunmalıdır. Ermənistanın daxili qərarları, o cümlədən konstitusiya dəyişiklikləri ilə bağlı qərarlar Azərbaycanın təzyiqi altında verilə bilməz”.
Fərda Uğur









