“Paşinyana görə, Qarabağ “bayrağı” “müharibə təhlükəsi”dir. Başqa sözlə, “dqr”in bütün simvolları da oxşar təhlükədir”.
Tribuna.az xəbər verir ki, bu fikirlər erməni ekspert Armen Hokbyana məxsudur.
O qeyd edib ki, həmçinin, “Baba və nənə” abidəsi və həmin abidənin təsvirləri də müharibə təhlükəsi yaradır. Lakin Hakobyan qadağaların bununla bitməyəcəyini də deyib. “Onlar hələ qadağan edilməyib, amma “müharibə təhlükəsinin idarə olunması” tempində Ermənistanın min illik tarixi, erməni dili, erməni ədəbiyyatı, Ararat krallığı və bütün bunlarla bağlı digər söz və ifadələr tezliklə qadağan edilə bilər. Özü də təkcə sözlər yox”.
Fərda Uğur









