Elm və Təhsil Nazirliyi (ETN) növbəti tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, dövlət qurumu onun nəticələrini açıqlayıb.
Məlum olub ki, nazirlik birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsil alanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətini həyata keçirəcək.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “TAİS İKF” MMC olub. Nazirliklə şirkət bu məsələdə 9 milyon 314 min 440 manata anlşaıblar.
Rəsmi qayaqlarda qeyd edilir ki, gündəlik 3 növbə yemək veriləcək. Onların yaş qrupları 5 yaşdan 18 yaşa kimi əhatə edəcək. Toplam 100 mindən çox uşağa yemək verilməsi həyata keçiriləcək.
Xatırladaq ki, Ümumi Təhsil Müəssisələrində 1 milyon 671 min 116 nəfər şagird təhsil alır. Dövlət məktəblərinin ümumi sayı isə 4 324-dür.
P.S. Sizin övladınıza oxuduğu orta məktəbdə yemək verilirmi?
Fərda Uğur









