Təhsil Mərkəzinin rəhbərliyi özünə 90 minlik maşın alır

Təhsil Mərkəzinin rəhbərliyi özünə 90 minlik maşın alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi növbəti tenderin nəticəsini elan edib.

Tribuna.az xəbər verir ki, Mərkəz özünə avtomobil almaq qərarına gəlib.

Məlumatda bildirilir ki, tenderin qalibi “AUTO AZƏRBAYCAN” MMC şirkəti olub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi şirkətdən bir ədəd bibrik avtomobil alacaq. Bunun üçün isə 90 min 900 manat pul ödəyəcək.

Qeyd edək ki, sözügedən Təhsil Mərkəzinin rəhbərinin açıq mənbələrdə kimliyinə dair heç bir məlumat yoxdur.

Fərda Uğur