İranda fəaliyyət göstərən anti-Azərbaycan qrupunun üzvləri son günlər bir qədər fəallaşıblar.
Tribuna.az xəbər verir ki, qrupun əsas üzvlərindən olan Əhməd Kazemi özünün şəxsi blogunda Azərbaycan əleyhinə daha bir məqalə ilə çıxış edib.
O iddia edib ki, guya, Bakı, Ankara və İrəvan arasında İran əleyhinə gizli razılaşmalar var. “Bakı və Ankara İranın mövqeyini zəiflətmək üçün Zəngəzur dəhlizinə yeni ad seçiblər”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla olan danışıqlarda İranı geosiyasi intriqaya çəkmək niyyətində olub. Bu azmış kimi, Kazemi onu da iddia edib ki, Zəngəzur bölgəsində əhalinin azalması və köç etməsi Bakının planları ilə əlaqəlidir.
Fərda Uğur









