Tehranın narazıları bir araya gətirmək planı: Yeni “lider” kim olacaq?

Tehranın narazıları bir araya gətirmək planı: Yeni “lider” kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş verən məlum hadisələrdə sonra Tehran hakimiyyəti fərqli bir taktikaya əl atmağa başlayıb.

Tribuna.az xəbər verir ki, rejim ona qarşı sərt mövqedə olan qüvvələrin önünə yeni bir qüvvə çıxarmağa çalışır.

Belə ki, son iki gündə İranın bir neçə şəhərində sosial tələblə etiraz aksiyalarına start verilib. Normalda onlara qarşı sərt davranmalı olan polis və SEPAH qüvvələri ümumiyyətlə, məsələyə qarışmırlar. Yalnız təhlükəsizliyi təmin etməklə kifayətlənirlər.

Analitiklər hesab edirlər ki, bu yeni taktikadır və molla rejimi qorxusundan bu addımı atır. Onlar bildirirlər ki, burada rejimin iki əsas marağı var. Birincisi, onlar dünyaya göstərmək istəyirlər ki, dinc etirazlara qarşı deyillər. Əksinə, onun olmasında guya, maraqlıdırlar. Bununla qırğına verdikləri etirazçıları “terrorçu və İsrailə bağlı qüvvə” kimi də təqdim etmək hədəflərindən biridir.

İkincisi isə rejim qarşıda onu gözləyən əsas problemi indidən önləmək üçün özünün müxalifətini yaratmağa başlayıb. Belə ki, sosial tələblə çıxış edən insanların aksiyaları fonunda yeni bir “lider” ortaya çıxarıb, bütün narazı kütləni onun ətrafında birləşdirməyi planlaşdırır.

Ekspertlərin rəyinə görə, indiki məqamda İran hakimiyyətinə daxildə müxalifət lideri çox vacibdir. Çünki kənardan və ya onların nəzarətində olmayan biri meydana çıxarsa, prosesləri idarə etmək kifayət qədər çətin olacaq. Elə bu səbəbdən də daxildə aksiyalar təşkil etməklə həmin “lideri” ortaya çıxarıb, sonra da onun əli ilə mümkün riskləri neytrallaşdırmaq niyyətindədir.

Bəs, yeni lider kim ola bilər? Ekspertlər qeyd edirlər ki, rejimin daxilində üzdə olan belə biri yoxdur. Yəni, nüfuzlu, həm də hamı tərəfindən qəbul edilən. Bunun üçün onların iki variantının olduğu deyilir. Birincisi, həmin şəxs İslahat Cəbhəsinin içindən çıxarılacaq. Çünki cəmiyyətdə bu siyasi hərəkata etimad çoxdur.

İkincisi, üzdə olmayan, lakin qısa zamanda nüfuz qaznması mümkün olan biri önə verilə bilər. Onun nüfuza mindirilməsi üçün rejimin əlində kifayət qədər imkanının olduğu istisna deyil. Sadəcə, seçim mühüm olacaq. Yəni, “yeni lider”in addımları, davranışları və ritorikası əhəmiyyət daşıyacaq.

Fərda Uğur