Tehranın “narahatlığı”: “Türkiyə Azərbaycanla müttəfiqdir”

Tehranın “narahatlığı”: “Türkiyə Azərbaycanla müttəfiqdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yayınlanan “EcoIran” saytı Azərbaycan əleyhinə daha bir yazı dərc edib. Tribuna.az xəbər verir ki, sayt Azərbaycanın İsraillə münasibətlərinin İran üçün “gərginlik mənbəyi” olaraq göstərib.

Nəşr yazıb ki, Azərbaycanın İsrail ilə əməkdaşlığı İran üçün gərginlik mənbəyi olaraq qalır.

Məqalədə vurğulanır ki, Türkiyənin regional maraqlar fonunda irəli çıxması da Tehran üçün narahatlıq yaradıb. “İran və Türkiyə onilliklərdir regional təsir uğrunda mübarizə aparır. Rəqabət həmçinin Cənubi Qafqaza da yayılıb və Türkiyənin Azərbaycanla sıx əlaqələri, xüsusən də Bakının Ermənistana qarşı hərbi uğurlarından sonra Tehranı narahat edib”.

“Ecoİran” daha bir məsələyə də toxunub. Daha doğrusu, Tehranın başqa bir “narahatlığını” qeyd edib. “İran yaranan ticarət dəhlizlərindən və regional təhlükəsizlik razılaşmalarından kənarda qala biləcəyindən narahatdır. Bu kontekstdə, İran müdafiə nazirinin Azərbaycana son səfəri ABŞ və İran nümayəndələrinin cümə günü Omanda dolayı danışıqlar apardığı bir vaxta təsadüf edib”.

Fərda Uğur