Müharibədən sonra süni şəkildə “qələbə” eyforiyası yaradan İran rejimi gün keçdikcə güclü olduğunu göstərmək üçün yeni iddialar ortaya atır.
Tribuna.az xəbər verir ki, artıq rəsmi mediada başqa ölkələrin ərazilərinə iddialar yer almağa başlayıb.
Belə ki, İranın dini liderinin ofisi tərəfindən himayə edilən və baş redaktoru dini liderin müşaviri olan Əli Şəriətmədarinin başçılıq etdiyi “Keyhan” qəzeti Bəhreynlər bağlı qəribə iddia irəli sürüb. Nəşr yazıb ki, “Bəhreyn İrana məxsusdur”. Ardından isə qeyd edilib ki, guya, Bəhreyn xalqı özünü iranlı hesab edir. “Onlar İranla birləşməyi dəstəkləyir”.
Qeyd edək ki, İran siyasi dairələrində təmsil olunan qüvvələrin bir qismi Azərbaycanda da ərazi iddiası edirlər. Onlara görə, “Azərbaycan İranın torpağıdır və onu geri almaq lazımdır”.
Yaxın günlərdə analoji iddialar Azərbaycanla bağlı səsləndirlərsə, təəccüblənmək lazım olmayacaq. Çünki, bu, həm keçmiş nağıl, həm də Tehranın müharibədən sonrakı “başgicəllənməsi”nin təzahürü olacaq.
Fərda Uğur









