Anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı siyasi şərhçi Ehsan Movəhhediyanın ölkəmizə qarşı böhtanları davam edir.
Tribuna.az xəbər verir ki, o, bu dəfə “The Washington Post” qəzetində Güney Azərbaycanla bağlı dərc edilmiş məqaləni əsas tutub.
Movəhhediyan iddia edib ki, guya, İranın parçalanmasını Azərbaycanın əli ilə həyata keçirmək istəyirlər. “Azərbaycan mediasının icmalı da göstərir ki, onlar 12 günlük müharibə kimi hadisələrdən məmnun idilər və İrandakı etirazları adi haldan daha ciddi kimi təqdim edirdilər. Azərbaycan İrandakı gərginlikdən istifadə edərək, ölkədə separatçı planlarını irəli aparmaq niyyətində olub”.
Fərda Uğur









