“Hörmüz boğazını aça bilməyənlər üçün Qafqazda dəhliz açmaq xəyalından başqa bir şey deyil”.
Tribuna.az xəbər verir ki, bu barədə İran hakimiyyətinə yaxın Teleqram kanallarında məlumat yayılıb.
Məlumatın mənbəyi İran rejiminə yaxın şəxslərdir. Orada qeyd edilir ki, İran Zəıngəzur dəhlizinin açılmasına imkan verməyəcək. “İran regionun hökmdarıdır və pedofillərə dəhliz yaratmalarına icazə vermir. Belə bir dəhliz yalnız İranın maraqlarına xidmət etdiyi təqdirdə yaradıla bilər”.
Mənbə daha sonra başqa bir təhdidə əl atıb. “Biz həmçinin Qafqazda baş verən bəzi xain hərəkətlərdən də xəbərdarıq. Müttəfiq ölkələrin ayrı-ayrı rəsmiləri düşmənlə razılığa gələrək İŞİD yaraqlılarını İran sərhədləri yaxınlığında yerləşdirirlər. Bu cavabsız qalmayacaq. Onların daşınması üçün istifadə edilən tranzit marşrutları da məlumdur”.
Qeyd edək ki, İran rejimi bununla konkret olaraq, Azərbaycan, yoxsa Ermənistanı təhdid etdiyini açıq dilə gətirməyib. Lakin “İŞİD sərhəddə yığılır” sözlərindən belə anlaşılır ki, hədəflərdən biri Azərbaycandır. Çünki İran rejimi bu əssassız ittihamı uzun zamandır dilində dolaşdırır.
Fərda Uğur









