38 günlük ABŞ/İsrail-İran savaşında atəşkəs elan edildikdən sonra Tehran yenidən çevrə ölkələrdə “ddüşmən” axtarışına çıxıb. Tribuna.az xəbər verir ki, İran ənənəvi olaraq əsassız yerə yenidən Azərbaycanın hallandırmağa başlayıb.
Belə ki, İranin keçmiş XİN başçısı və deputatı Mənüçöhr Mottəki ötən gün əsassız ittihamlar səsləndirməyə başlayıb. O yerli meddiaya açıqlamasında deyib ki, İsrailin İranın şimal bölgələrinə qarşı hücumu zamanı, guya, Azərbaycanın hava məkanından və hava limanlarından da istifadə olunub. Bununla kifayətlənməyən Möttəki başqa bir əsassız “ittiham” səsləndirib. “İsrail qüvvələrinin yanacaq təminatı da Azərbaycandan həyata keçirilib. İran Azərbaycanla yaxşı əlaqələr qurmaq istəsə də, bu məsələlərə aydınlıq gətirilməlidir”.
Keçmiş nazir daha sonra “Azərbaycan, İraq və Fars körfəzində ABŞ bazaları yerləşir. Bu istiqamətdə müəyyənləşdirmə aparılması vacibdir” sözlərini işlədib.
Amma İran tərəfindən gələn “ittiham”lar bununla da yekunlaşmayıb. Tribuna.az xəbər verir ki, SEPAH-a bağlı mənbələr yerli teleqram kanallarına məlumat ötürüb ki, guya, İranın şimal-qərbindən (Azərbaycanın Cənub bölgəsi-red.) mümkün quru hücumu üçün şübhəli hazırlıqlar aparılır. “Azərbaycanın Talış bölgəsində qüvvələrin cəmləşməsi, eləcə də Amerika qoşunlarının Türkmənistanın paytaxtında olması barədə məlumatlar var. İsrailin Suriya ssenarisini təkrarlamağa və ondan İrana qarşı istifadə etməyə cəhd edə biləcəyinə inanılır”.
Qeyd edək ki, İranda Azərbaycana qarşı xüsusi bir ddüşmənçilik var. Əsasən də SEPAH-dakı generalların Azərbaycanı görməyə gözləri yoxdur. Səbəb Azərbaycan Republikasının müstəqil olması və dövlət olaraq mövcudluğudur. Elə bizə qarşı olan ritorikalarını dəyişmələri də bu düşmənçilik, kin və nifrətdən irəli gəlir. Bura qədəri aydındır.
Amma indiyə qədər İran bircə dəfədə olsun Azərbaycandan onların ərazisinə edilən hücumla bağlı fakt ortaya qoymayıb və qoya bilməyib. Çünki belə bir şey olmayıb. Amma Azərbaycan bu ilin martında Naxçıvana İran tərəfindən PUA hücumlarını fakt olaraq təqdim edib və araşdırılmasını tələb edib. Bu günə qədər həmin məsələdən xəbər yoxdur. Və olacağı da sual altındadır. Çünki hazırda İrandda hakimiyyəti ələ keçirmiş SEPAH buna imkan verməyəcək.
Qısacası, İran öz gözündəki tiri görməyib, bizim gözümüzdə tük axtarır.
Fərda Uğur









