Güney Azərbaycanın simvollarından biri olan Urmiyə gölünün quruması ətrafında müzakirələr davam edir.
Tribuna.az xəbər verir ki, gölün kritik səviyyədə qurumasında qaynaqlanan bu müzakirələrə maraqlı təkliflər və planlarla da diqqət çəkir.
Belə ki, İran hökuməti Urmiyə gölünün qurumaması üçün Xəzər dənizindən gölə su çəkmək istəyirmiş. İran Su və Enerji Resurslarının İnkişafı Şirkətinin Hidroelektrik Layihələri Araşdırmaları Ofisinin direktoru Mojtaba Pourmoghaddam bildirib ki, bununla bağlı ciddi texniki əsaslandırma aparılıb. “Xəzər suyunun Urmiya gölünə köçürülməsi ilə bağlı tədqiqatların nəticələri müsbət olmayıb. Bu böyük xərc tələb edən layihədir”.
Fərda Uğur









