“Tehran vaxt qazanır, danışıqlar mənasızdır”

“Tehran vaxt qazanır, danışıqlar mənasızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda baş vermiş dəhşətlli hadisədən sonra böyük əksəriyyət ABŞ-ın bu ölkəni vurcağını düşünürdü.

Tribuna.az bildirir ki, belə düşüncəyə səbəb rəsmi Vaşinqtonun bu mövzuda açıqlama verməsi idi.

Belə ki, ABŞ prezidenti Donald Tramp və digər rəsmilər açıq bəyan edirdilər ki, İran məsələsində hərbi vasitələrdən istifadə ediləcək. Hətta dünən səhər saatlarında İrana qarşı hərbi əməliyyatların başlayacağını iddia edənlər də var idi.

Lakin bu gün məlum olub ki, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər ABŞ-ı fikrindən daşındırmaq üçün ciddi cəhdlə çalışıblar. Və istəklərinə də nail olublar. Onlar Trampı inandıra bildiriblər ki, İrana hücum daha ağır nəticələrə gətirib çıxara bilər.

Bu əsnada ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bəyan edib ki, İran rejimi ilə danışıqlar vaxt itkisidir. “Tehranın Trampla görüşmək istədiyi iddiası sadəcə vaxt qazanmaq və ABŞ-ın hərbi əməliyyatlarının qarşısını almaq cəhdidir”.

Fərda Uğur