İranın dövlət xəbər agentliyi IRNA Pentaqon rəhbəri Pit Heqsetə istehzalı bir tvitlə cavab verib.
Tribuna.az məlumat verir ki, Qərb mediası bu məlumatı yayıb.
Heqset ABŞ-ın İranı daş dövrünə qaytara biləcəyini bildirmişdi. Buna cavab olaraq Tehran Əhəməni Farslarının xəritəsini dərc etmiş və İranın “Daş dövründə” belə olduğunu və ABŞ-ın onun bərpa olunmasında israr etdiyini yazmışdı.
Xatırladaq ki, Ağ Evin sözçüsü Kerolin Levittin açıqlamasına görə, Tramp aprelin 6-dək Tehranla razılığa gəlmək niyyətindədir. Dövlət katibi Marko Rubio da Tehranla əlaqələrin, o cümlədən üçüncü ölkələrin köməyi ilə davam etdiyini bildirib.
Həsən Ağa









