Tehran Bakıya qarşı yenə HƏDDİNİ aşdı

Tehran Bakıya qarşı yenə HƏDDİNİ aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycan əleyhinə növbəti açıqlama verib.

Tribuna.az xəbər verir ki, o, “Tahririeh Plus” Yutub kanalına verdiyi müsahibəsində Bakını təhdid edib.
Zöhrəvənd deyib ki, İran ona hücum edən istənilən ölkəyə sərt cavab verəcək. “İran ona hücum edən istənilən ölkəyə o qədər güclü cavab verəcək ki, o ölkə heç vaxt özünə gələ bilməyəcək. Bakı 3-4 saat ərzində xəritədən silinə bilər. Ona görə də bizim yanımızdan keçməmək daha yaxşıdır”.
Zöhrəvənd İranın “rasional” hərəkət etdiyini də vurğulayıb və BƏƏ, Küveyt və ya Azərbaycan İrana hücum etməyənə qədər onlara qarşı heç bir tədbir görmədiyini bildirib.
Qeyd edək ki, sözügedən şəxs diplomatdır. Normalda diplomatik dildə danışmalıdır. Lakin Əbülfəzl Zöhrəvənd bütün diplomatik etiketləri bir kənara qoyaraq, Azərbaycan əleyhinə davamlı olaraq çıxışlarına davam edir.
Xatırladaq ki, o, bundan əvvəl də Azərbaycan əleyhinə çıxışlar edib. Məsələn, iki il öncə Zöhrəvən verdiyi açıqlamasında “Naxçıvanın İrana məxsus” olduğunu iddia edərək, onun İrana birləşdirilməsini təklif etmişdi. Həmçinin bu adam Azərbaycanı “qorxulu fenomen” də adlandırıb.

Fərda Uğur