Məlum olduğu kimi, dünən Azərbaycan parlamenti Türkiyə ilə ölkəmiz arasında kollektiv müdafiə öhdəliklərini rəsmi və hüquqi cəhətdən təsis edən müqaviləni təsdiqləyib.
Tribuna.az xəbər verir ki, bu məsələ İranı narahat etməyə başlayıb.
Belə ki, İSNA Agentliyi yazıb ki, bu, regiondakı təhlükəsizlik tənzimləmələrinə təsir göstərə bilər. “Sazişin təsdiqlənməsi Bakı ilə Ankara arasında deklarativ tərəfdaşlıqdan qarşılıqlı müdafiəyə dair rəsmi öhdəliyə keçidi göstərir. Bu sənəd əvvəllər daha çox siyasi bəyannamələrə və strateji uyğunluğa əsaslanan qarşılıqlı hərbi dəstək üçün aydın hüquqi baza yaradır”.
Fərda Uğur









