ABŞ-la danışıqların dalana dirəndiyi vaxtda İran artıq Avropanı da təhdid etməyə başlayıb.
Tribuna.az xəbər verir ki, bununlla bağlı İran rejiminin önəmli fiqurlarının açıqlaması gündəmi zəbt edib.
İranın dini lideri Müctəba Xamineyinin müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, əgər ABŞ hər hansı addım atarsa, onu və müttəfiqlərini ağır şəkildə cəzalandıracaqlar. “Amerikalılar özünü bölgənin xəzinəsinin qoruyucusu sayır, amma sonda kəsimxanada qalacaq”.
İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni Ejei də təxminən buna bənzər açıqlama verib. O bildirib ki, Hörmüz boğazı İranın nəzarəti altındadır: “Hörmüz boğazında təhlükəsizliyə xələl gətirən istənilən hərəkətə İran sərt cavab verəcək”.
Dini liderin ofisindən maliyyələşən “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari isə bir qədər də irəli gedərək, Avropanı hədələyib. O deyib: “ABŞ-nin istifadəsində olan Avropa ölkələrindəki hərbi bazalar İran üçün qanuni hədəflərə çevrilə bilər. Avropa dövlətləri yaxşı bilir ki, biz zərbə endirə bilərik və bunu effektiv şəkildə edirik”.
Fərda Uğur









