Son günlər Təbrizdə maraqlı haddisələr yaşanır.
Tribuna.az xəbər verir ki, son bir ayda yerli teatrlarda iki Azərbaycan əsəri səhnələşdirilib.
Belə ki, ötən həftə “Qaçq Nəbi” tamaşasını səhnəyə qoyan Təbriz Teatrı böyük uğur qazanıb. “Azad İran” səhifəsi bildirib ki, bunun ardından “Koroğlu” tamaşası səhnələşdirilib. Və qısa müddətdə bu tamaşaya 30 mindən çox insan baxıb. Tamaşının nümayişinin dekabrın 13-nə kimi davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Təbriz Şəhər Şurası ilk mərhələdə bu əsərlərin səhnələşdirilməsinə qarşı çıxıb. Lakin onların rəyi nəzərə alınmayıb.
Fərda Uğur









