TƏBİB 6.2 milyonu tibbi vasitələrin və oksigen qazının alınmasına sərf edəcək

TƏBİB 6.2 milyonu tibbi vasitələrin və oksigen qazının alınmasına sərf edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş tibbi oksigen qazının və təcili tibbi yardım və digər şöbələr üçün tibb vasitələrinin alınmasına 6 246 310 AZN sərf edəcək.

 Tribuna.az-ın xəbərinə görə, işlər iki şirkətə – “Tibb Texnikasının Təmiri Zavodu” ASC-yə və “Diamed Co” MMC-yə verilib.

TƏBİB hər iki icraçı ilə müqavilə bağlayıb. Qanuni təmsilçisi Cavanşir Möhübət oğlu Vəliyev olan Tibb Texnikasının Təmiri Zavodunun dövlətə 4 806 AZN borcu var.

Pravda.az