Ermənistanın sabiq deputatı, hazırda seçkilərə “Birlik Qanaddları” adlı blokla qatılan Arman Tatoyan seçiləcəyi təqdirdə atacağı addımlar barədə danışıb.
Tribuna.az xəbər verir ki, o, hazırda Azərbaycanla Ermənistan arasında mövzud olan sülh vəziyyətini əhəmiyyətsiz adlandırıb.
O qeyd edib ki, bu sülh deyil, hökumətin yaratdığı illuziyadır.
Arman Tatoyan həmçinin bildirib ki, əgər baş nazir olarsa, təmsil edəcəyi hökumətin əsas hədəfi ordu olacaq. Onun sözlərinə görə, Ermənistan ordusunu gücləndirmək üçün onun büdcəsini 1 milyard dollar artıracaq. Bundan başqa, o, hərbçilərin maaşlarını da iki dəfə artıracağı vədini verib.
Fərda Uğur









