Ermənistanda keçirilən parlament seçkiləri yekunlaşdıqdan sonra səsələrin sayılması zamanı yeni məqamlar meydana çıxıb.
Tribuna.az xəbər verir ki, artıq yerli MSK bütün səslərin sayıldığını bəyan edib.
Məlum olub ki, 105 yerlik Ermənistan parlamentini 3 partiya formalaşdıracaq. Səbəb isə səhər qalib elan edilən, lakin sonradan sayılan səslərə əsasən Qaqik Tsarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyasının 4 faizlik barajı keçə bilməməsidir.
MSK-nın açıqlamasına görə, Tsarukyanın partiyası 3.96 faiz səs toplayıb. Onlara veriləcək 5 mandat isə barajı aşa bilmədiklərindən üç qalib partiya arasında bölüşdürüləcək. Beləliklə də Ermənistanın baş nazir Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 64 mandat, “Güclü Ermənistan” 29 mandat, “Haystan” bloku isə 12 mandatla parlamentdə təmsil olunacaqlar.
Fərda Uğur









