İranda son etirazlardan sonra dini lider Əli Xamineyi və prezident Məsud Pezeşkian istefaya çağırılıb.
Tribuna.az xəbər verir ki, qonşu ölkənin tanınmış alim, sosioloq, universitet müəllimi və siyasi fəalları dünən bununla bağlı bəyanat yayıblar.
Onlar Əli Xameneyini etirazları zorakılıqla yatırmaqda, rejimi qorumaq üçün insan həyatlarını heçə saymaqda ittiham ediblər. Həmçinin onu İranda islahatların aparılmasına mane olan şəxs kimi qeyd ediblər.
Pezeşkian isə aksiyalar zamanı həkimlərə yaralılara xidmət göstərilməsinə əngəllər törədilməsinə görə istefaya çağırılıb. Bəyanat müəllifləri bildirib ki, İran prezidenti də həkimdir və onun vəzifəsi xəstəyə yardım etməkdir. “Lakin son hadisələrdə həkimlər yaralılara xidmət etdikləri üçün təzyiq, təqib və zorakılığa məruz qaldılar. Onlara vəzifələrini yerinə yetirməyə imkan verilmədi. Bu səbəbdən də Pezeşkian bütün tibbi titullardan məhrum edilməli və istefa verməlidir”.
Fərda Uğur









