Jurnalistin övladı ağır xəstəliklə mübarizə aparır – yardım çağırışı

Jurnalistin övladı ağır xəstəliklə mübarizə aparır – yardım çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər televiziya və onlayn mediada jurnalist kimi fəaliyyət göstərmiş həmkarımızın azyaşlı övladı ağır xəstəliklə mübarizə aparır. Bildirilir ki, uşağa beyin neyro-amea-sı diaqnozu qoyulub və artıq 11 aydır ki, davamlı müalicə prosesi aparılır.

Tribuna.az xəbər verir ki, yardım istəyən şəxs uzun müddət Real TV, AZƏRTAC, Space TV kimi nüfuzlu media qurumlarında çalışıb. Son iş yeri RTV olub. Hazırda isə artıq təxminən bir ildir işsizdir və ailənin maddi vəziyyəti müalicə xərclərini qarşılamağa imkan vermir.

Valideynin sözlərinə görə, bu müddət ərzində tibbi müayinələr və müalicə üçün 10 min manatdan artıq vəsait xərclənib. Həkimlərin rəyinə əsasən, müalicənin fasiləsiz, düzgün və sürətli şəkildə davam etdirilməsi vacibdir. Lakin ailənin maddi imkanları bu mərhələdə kifayət etmir.

Bu səbəbdən ailə ictimaiyyətə müraciət edərək, imkanı olan şəxslərdən maddi dəstək göstərmələrini xahiş edir. Bildirilir ki, ediləcək hər bir yardım uşağın sağlamlığı üçün böyük ümid deməkdir.

Yardım etmək istəyən şəxslər aşağıdakı rekvizitlər vasitəsilə dəstək ola bilərlər:

Kart nömrəsi:
Leo Bank – 4098 5844 7133 8796

Əlaqə telefonu:
051 730 50 50

Hazırladı: Dəniz Pənahova