Tanınmış aparıcılar televiziyadan birdəfəlik getdi – SƏBƏB

Tanınmış aparıcılar televiziyadan birdəfəlik getdi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, zəhmətimizin, yaradıcılığımızın nəhayət bir peşəkar olaraq özümüzün dəyərdən düşməməsi üçün atılmış addımdır. Həm də bu, AZTV dən, Mədəniyyət kanalından gediş yox, televiziya karyerasından gedişdir. Media fəaliyyətimiz davam edəcək. Fərqli platformada.

Tribuna.az xəbər verir ki, bu barədə aparıcı İlhamiyyə Rza sosial şəbəkə hesabında yazıb. O bildirib ki, televiziya nə qədər doğma olsa da internet imkanlarına uduzub artıq:

“Uduzmaya da bilərdi – sosial şəbəkələrdən daha maraqlı kontent hazırlamaqla, kütləvi mədəniyyətə qatılmamaqla, elitar, zövqlü efir məhsulları hazırlamaqla!
Bu qədər imkan müqabilində nələr etmək olmazdı ki… Kütləvi mədəniyyətdə siz hər zaman məğlub olacaqsınız. Çünki kütləvi mədəniyyət daha rahat platformalara sahiblənib. Belə baxanda heç onların televiziyaya ehtiyacları yoxdur. (Sadəcə mədəniyyətdən uzaq fəaliyyətlərini legitimləşdirməkçün TV-ləri kullanırlar.)
Bəs siz niyə onlara möhtacsınız? Ədalət naminə deyim ki, Mədəniyyət kanalı bu mövzuda istisnadır. O da, öz profilinə görə başqa cür ola da bilməzdi. Uzun, əksəriyyətiniz üçün maraqsız mövzudur. Şənbə günü Youtube platformasında yerlədirilmiş sonuncu verilişimizə 290 baxış, 17 like, 1 şərh gəlib. Verilişin mövzusuna, keyfiyyətinə zərrə qədər şübhəm yox! Amma bu, o deməkdir ki, bu verilişə, bu mövzuya maraq yoxdur. Siz də deyirsiniz niyə getdiniz, meydanı kimlərə qoydunuz …”.

İ.Rza bildirib ki, onların bu qərarının Mehriban Ələkbərzadə ilə heç bir əlaqəsi yoxdur:

“Fikirlərimin təhrif edilməsi ehtimalını istisna etmək üçün əksəriyyətinizin verdiyi eyni suala elə buradan cavab yazıram: bizim bu qərarımızın Mehriban Ələkbərzadə ilə heç bir əlaqəsi yoxdur”.

Gülşən Rəsul