Aparıcı Ellada Eyvazova açıqlaması ilə diqqət çəkib.
O, uşaq yaşlarında əlillikdən əziyyət çəkdiyini deyib. Aparıcı bu barədə qonaq olduğu “Günorta efirdəyik” verilişində danışıb. Ellada uşaq vaxtlarında yataq xəstəsi olduğunu və ona anasənən baxdığını bildirib:
“Nəzərə alsaq, 9 yaşından 15 yaşına kimi əlil arabasında qalmışam, yataq xəstəsi olmuşam. Mənim ikinci dərəcə əlilliyim var. O səbəbdən həmişə uşaqlar eyvanda qaçanda anam görüb ağlayırdı. Deyirdim ki, pis olma. Bir gün mən də onlarla qaçacağam. Mən ümidimi üzəndə həmişə o gəlib saçlarıma sığal çəkirdi. Bir dəfə onu çox pis formada itələdim. Çünki əllərim yaxşı tutmurdu. O mənim baxımımı edirdi. Dedim bunları eləmə. Onsuz da mən yerimdən tərpənə bilmirəm. Ailədə heçkim inanmırdı ki, bir gün sağala bilərəm. Sadəcə anam mənə inanırdı. Göydə Allah, yerdə isə anamın içindəki inanc mənim də inancımı itirməyə qoymadı”.
Ətraflı videoda:









