Taleh Ziyadov növbəti dəfə federasiya prezidenti seçildi

Taleh Ziyadov növbəti dəfə federasiya prezidenti seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib.

Tribuna.az xəbər verir ki, iclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Ramil Hacıyev 2022-2025-ci illər ərzində Azərbaycan Badminton Federasiyasının fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə hesabatla çıxış edib. Təqdim olunan hesabat səsvermə yolu ilə təsdiqlənib.

Daha sonra Azərbaycan Badminton Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul edilib. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən federasiyanın prezidenti seçilib. Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezidentlər, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.