Tahir Abdullayev qələbə qazandı

Tahir Abdullayev qələbə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.

Tribuna.az-ın məlumatına görə, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.

Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Xatırladaq ki, “UFC Fight Night Baku”da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.